Team

Qasımov Alış Məmiş oğlu

  • Hüquq elmləri doktoru, professor.
  • Təhsili, elmi dərəcəsi və elmi adları
    • 1988-ci ildə BDU Hüquq fakültəsini bitirmişdir;
    • 1991-1994-cü illərdə BDU-da istehsalatdan ayrılmadan “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə aspiranturada təhsil almışdır.
    • 1994-cü ildə BDU-da “Əmək və bəzi mülki hüquq münasibətlərindən əmələ gələn əvəzli və əvəzsiz əmlak səlahiyyətlərinin qarşılıqlı əlaqə sistemi”mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır;
    • 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır.
    • 2003-cü ildə BDU-da “Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır;
    • 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.

    Əmək fəaliyyəti

    • 1977-19791981-1988-ci illərdə BMHK-da fəhlə, yataqxana müdiri;
    • 1988-1989 – Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon xalq məhkəməsində kuryer, kargüzar, dəftərxana müdiri;
    • 1989-1991 – BDU Hüquq fakültəsinin qiyabi şöbəsinin metodisti;
    • 1991-1995 – BDU Hüquq fakültəsinin Mülki proses və əmək-ailə hüququ kafedrasının müəllimi, baş müəllimi;
    • 1995-2001 – BDU Hüquq fakültəsinin dekan müavini;
    •  1995-2011– BDU Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, professoru;
    • 2002-2011 – BDU Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri;
    • 2011 – hal-hazıradək – BDU Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri;
    • 2011 – hal-hazıradək – BDU Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının 0,5 ştat daxili əvəzçiliklə professoru.

    Tədqiqat sahələri

     

  • Əmək hüququ; 
  • Sosial təminat hüququ; 
  • Ekologiya hüququ.
Dil »