Yalnız törətdiyi ictimai təhlükəli əmələ ( hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsir müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və  cəzalandırıla bilər.

                 Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri cinayət prosesual məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.

Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir.

              Cinayət törətməkdə şübhəli bilinən, tutulmuş və təqsirləndirilən şəxslərə keyfiyyətli hüquqi yardım göstərmək;

 

                  – Şəxsin əsassız cinayət məsuliyətinə cəlb olunması hallarına yol verilməməsi üçün vaxtında hüquqi yardım göstərmək peşəkar hüquqşünaslarımızın əsas vəzifəsidir.

Cinayət  qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərəçəkmiş şəxslərə qanunda nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində, aidiyyatı  quruma müraciətinin hazırlanmasında, sübutların toplanmasında, zəruri istintaq hərəkətlərinin aparılması üçün vəsatətlərinin , etirazların hazırlanmasında, dəymiş ziyanın ödənilməsi üçün oğurlanmış, ələ keçirilmiş əmlakın müəyyən olunması, üzərinə həbs qoyulması istiqamətində müvafiq hüquqi məsləhətlərin verilməsi

Dil »