Heydər Əliyev
Bizimlə Əlaqə
Bizimlə Əlaqə
Bizimlə Əlaqə
Haqqımızda
Təcrübəmiz əməkdaşlığın əsasıdır.
Prokurorluq və məhkəmə orqanlarında İnsan hüquq və azadlıqlarının qorunması sahəsində uzun müddət qüsursuz çalışmış müsbət iş təcrübəsinə malik sabiq əməkdaşlar birləşərək hüquq və təhsil konsaltinq şirkəti təsis etdik ki:
– qazandığımız təcrübəni vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunmasına sərf edək,
– yaşadıqları hüquq münasibətlərində onlara yaxından keyfiyyətli əməli köməklik göstərək,
– hüquq mədəniyyətinin formalaşdırılmasında töhvələrimizi əsirgəməyək.

KOMANDAMIZ
Məhkəmə, istintaq təcrübəsi və hüquq sahələri üzrə ixtisaslaşdırılmış uzun illik təcrübəmiz sizə mürəkkəblik və kateqoriyadan asılı olmayan hüquq xidmətini təmin etməyə imkan verəcək.
Sizə faydalı olmaqdan məmnunuq.
Hüquqi strategiya müəyyənləşdirilmədikdə - müşayiət edilən problemlər
-
subutların dağınıq, sistemsiz, lüzumsuz, məntiqsiz toplanması, onların yoxlanılmasına, təhlil edilib, müqayisə edilməsinə süni əngəllər törədir…
-
yeni sübutların toplanılması, mötəbərliyinin müəyyənləşdirilməsində vaxt itkisinə səbəb olur …
-
zəruri prosessual tədbirlərin keyfiyyətli aparılmasını ləngidir…
-
yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, digər proses iştirakçılarının xeyrinə təfsir edilməsinə yol acır…
-
gələcəyə inamsızlıq yaradır…

















